Gəncə – Daşkəsən iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarları 18 dekabr 2021-ci il tarixində ”Gəncə İş Adamları” İctimai Birliyinin təqdimatı və “Zəfər İşığı” LED lampa zavodunun açılışı münasibəti ilə keçiriləcək tədbirə dəvət edirəm

Bu barədə ”Gəncə İş Adamları” İctimai Birliyinin rəhbəri Zəfər Məmmədov məlumat verib.

Onun sözlərinə görə, ”Gəncə İş Adamları” İctimai Birliyi Gəncə – Daşkəsən iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin təşkilatlanması və regionda çoxsaylı yeni iş yerlərinin açılması məqsədi ilə yaradılıb.

Zəfər Məmmədov Gəncə – Daşkəsən iqtisadi rayonundakı sahibkarların kordinasiyasının və birgə fəaliyyətinin vacibliyini vurğulayaraq “İctimai birliyinin əsas hədəfi  Gəncə – Daşkəsən iqtisadi rayonundakı sahibkarlıq subyektlərinin fəliyyətinin genişləndirilməsi, maliyyə mənbələrinin tapılması və fəaliyyət prosesində yaranan maneələrin birgə aradan qaldırılması üçün onlara dəstək göstərməkdir,”-deyə qeyd edib.

Qeyd edək ki, tarixində ”Gəncə İş Adamları” İctimai Birliyinin təqdimatı 18 dekabr  saat 11:00–da Gəncə şəhəri, Gəncə Dövlət Filarmoniyasında keçiriləcəkdir.

Tədbir haqqında buradan  daha ətraflı məlumat əldə edə və tədbirdə iştirak üçün qeydiyyatdan keçə bilərsiniz.fins.az