İqtisadiyyat.az xəbər verir ki, bu barədə muxtar respublikanın maliyyə naziri Həsən İsmayılov Nazirlər Kabinetində Naxçıvanın 2025-ci il büdcə layihəsinin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, bu da 2024-cü ilin təsdiq olunmuş büdcəsi ilə müqayisədə 735 000 manat və ya 0,1 faiz çoxdur. 2025-ci il Naxçıvan Muxtar Respublika büdcəsinin xərclərinin strukturuna daxil olan cari xərclərə 463 772 593 manat və ya ümumi xərclərin 85,9 faizi, əsaslı xərclərə 76 227 407 manat və ya ümumi xərclərin 14,1 faizi həcmində vəsait yönəldiləcəkdir.
İqtisadi təsnifata uyğun olaraq 2025-ci ilin büdcəsində əməyin ödənişinə 321 738 982 manat və ya xərclərin 59,6 faizi həcmində, malların (işlərin və xidmətlərin) satın alınmasına 66 798 737 manat və ya xərclərin 12,4 faizi həcmində, subsidiyaların ödənilməsinə 21 596 416 manat və ya xərclərin 4 faizi həcmində, qrantlar və digər ödənişlərə 47 934 478 manat və ya xərclərin 8,9 faizi həcmində, sosial ödənişlərə 5 703 980 manat və ya xərclərin 1 faizi həcmində, qeyri-maliyyə aktivlərinin alınmasına 76 227 407 manat və ya xərclərin 14,1 faizi həcmində vəsait proqnozlaşdırılır.
2025-ci il Naxçıvan Muxtar Respublika büdcəsinin xərclərində sosialyönümlü xərclərin xüsusi çəkisi 62,7 faiz səviyyəsində və ya 338 848 765 manat məbləğində proqnozlaşdırılır ki, bu da 2024-cü ilin təsdiq olunmuş büdcəsi ilə müqayisədə 0,5 faiz və ya 1 804 754 manat azdır. Nazir qeyd edib ki, iqtisadi təsnifatın bəzi xərc məddələri, xüsusilə sosialyönümlü xərclər üzrə müvafiq azalma bəzi qurumların təşkilati hüquqi formasının dəyişilməsi ilə əlaqədardır.