Rusiyanın “Rostselmaş” şirkəti gələn ildən etibarən Azərbaycanda “Nova” kombaynlarının istehsalına başlamağı planlaşdırır.

Bunu şirkətin yeni bazarlara satış üzrə direktoru Maksim Maksimov deyib.

O bildirib ki, şirkətin cari ilə olan planlarına kənd təsərrüfatı maşınlarına Azərbaycanda bu texnikaya tələbatın çoxluğunu nəzərə alaraq burada satış həyata keçirmək də salınıb.

"Eyni zamanda  burada istehsal olunacaq avadanlıqların üçüncü ölkələrə də satışını nəzərdə tutur. İlk növbədə, bunlar Azərbaycanla həmsərhəd ölkələrdir. Məsələn, İrana. Bizim İrana birbaşa satışlarımız var, lakin Azərbaycan üzərindən satışlar həm bizim, həm və tərəfdaşlarımız üçün maraqlı olardı",- deyə Maksim Maksimov qeyd edib.