May ayında Azərbaycanda bayramlarla əlaqədar olaraq 5 qeyri-iş günü olacaq.

May ayının 2 və 3-ü Ramazan bayramına təsadüf edir. Mayın 9-u Qələbə Günü, 28-i isə Müstəqillik Günü kimi qeyd edilir. Həmin günlər də qeyri-iş günləri hesab olunur. 

Mayın 28-i şənbə gününə təsadüf etdiyindən may ayının 30-u qeyri-iş günü olacaq.