Çinin ən böyük avtomobil istehsalçısı olan Geely Auto Holding Group, 30 sentyabr tarixində Böyük Britaniyanın lyuks brendi olan Aston Martin şirkətinin səhmlərinin 7,6%-ni əldə etdiyini açıqladı.

Geely Holding Qrupunun baş direktoru Daniel Donghui Li bu barədə fikirlərini bildirib:

“Biz Aston Martin şirkətinə sərmayəmizi elan etməkdən məmnunluq duyuruq və inanırıq ki, Geely Holding Group-un texnoloji üstünlükləri və geniş sayda özünü doğruldmuş məhsulları sayəsində , Aston Martin şirkətinin gələcək uğurlarına dəstək ola bilər. Biz Aston Martin ilə uzunmüddətli inkişaf strategiyamızı həyata keçirmək üçün proseslərin başlamasını səbirsizliklə gözləyirik”.