Gədəbəydə meyit tapılıb.

İqtisadiyyat.az bildirir ki, hadisə rayonun Slavyanka kəndində qeydə alınıb.

Kənd ərazisində Mingəçevir şəhər sakini olan 1985-ci il təvəllüdlü Nahid Həsənovun meyiti tapılıb. Meyit müayinə olunmaq üçün Məhkəmə - Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin rayon şöbəsinə təhvil verilib.

Məlumata görə, həmin şəxs bir ay əvvəl itkin düşüb.