"G20" ölkələrində iqtisadi artım bu ilin ikinci rübündə 0,7 faiz səviyyəsində qalıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ilin ikinci rübü üçün iqtisadi artım rəqəmlərini açıqlayıb.

"G20" ölkələrində artıma ən yüksək töhfəni bu rübdə Çin, Hindistan və ABŞ iqtisadiyyatları verib. Bu dövrdə Çin və Hindistanda iqtisadi artım müvafiq olaraq 0,7 faiz və 1,3 faiz, ABŞ-də isə 0,7 faiz səviyyəsində olub.

İlin birinci rübündə 0,6 faiz kiçilən Yaponiya iqtisadiyyatı ikinci rübdə 0,7 faiz artıb. Braziliya və Səudiyyə Ərəbistanı isə 1,4 faiz ilə ən yüksək artım tempinə malik iki ölkə olub.

 

Gözəl Həşimova