7 fevral növbədənkənar prezident seçkilərində azad olunmuş Füzuli şəhərində ümumilikdə 5 619 nəfər seçici səsvermə hüququndan istifadə edəcək. 

İqtisadiyyat.az Secki-2024.az saytına istinadən xəbərinə görə, 84 saylı Füzuli dairə seçki komissiyasının azad edilən Füzuli şəhərində yeni yaradılan 75 saylı məntəqəsində növbədənkənar prezident seçkiləri günü 1354 nəfər seçici səs verəcək.

Qeyd edək ki, məntəqə dekabr ayının 9-dan fəaliyyətə başlayıb. 7 fevral növbədənkənar prezident seçkiləri günü seçicilərin şəffaf şəkildə səsvermə hüququndan istifadə edə bilməsi lazımi şərait yaradılıb.