Mark van Bommel onu müqavilə imzalamağa məcbur etməyə çalışan silahlı bir şəxsin hücumuna məruz qalıb.

İqtisadiyyat.az xəbər verir ki, "Antverp"i 1957-ci ildən bəri ilk dəfə Belçika çempionu etməyə yaxın olan keçmiş hollandiyalı yarımmüdafiəçi oktyabr ayında dayanacaqda hücuma məruz qalıb.

Həmin hücumun şok təfərrüatları ortaya çıxıb. Belçika Prokurorluğu şübhəli Camaleh Haban M-nin məşqçi Van Bommeli Porşe avtomobili və ya bahalı saatı ilə deyil, futbolçu olmaq istədiyi ilə hədələdiyini müəyyən edib.

 17 yaşında olduğunu iddia etsə də, prokurorlar tərəfindən 25 yaşında olduğu müəyyən edilən Haban Van Bommeli silahla hədələyib. Hollandiyalı baş məşqçi sürətlə geri çəkilərək hadisə yerindən qaça bilib.

"De Teleqraaf"da yer alan xəbərə görə, şübhəlinin hollandiyalı baş məşqçiyə nə dediyi məlum olub:

"Qulaq as, Mark, ailənin həyatı bundan asılıdır. Qoy peşəkar futbolçu olum. Polisə getmə, yoxsa biz səni və ailəni öldürəcəyik.Biz sənin harada yaşadığını bilirik”.

Van Bommel hücum zamanı fiziki olaraq zərər görməsə də,psixoloji olaraq çox sarsılıb.

Keçmiş yarımmüdafiəçinin vəkili Con Meys çərşənbə günü Het Nieuwsblad-a: "Biz buna gülə bilmərik. Bu, faktların təsirini azaltmır. Müvəkkilim hər şeyə öyrəşib, amma buna deyil. O,rahat yatmağa cəsarət etmir.O oteldə yaşayır” deyib.

Nəticədə Van Bommel mənəvi təzminat olaraq 5 min avro tələb edir. Bu arada prokurorluq şübhəlinin 5 il həbs cəzası və 1200 avro cərimələnməsini istəyib.