Almaniya millisinin və Frankfurt “Ayntraxt”ının sabiq hücumçusu, dünya çempionu Bernd Hölzenbaum 78 yaşında dünyasını dəyişib .

İqtisadiyyat.az xəbər verir ki, Bernd Hölzenbaum Almaniya millisində 40 matçda iştirak edib, 5 qol vurub. Dünya çempionu və 1976 Avropa vitse-çempionu1974-cü ilin ən yaxşı oyunçusu olub. O, hər iki turnirin finalında qol vurub.

Bernd Hölzenbaum 160 qolla Bundesliqada "Ayntraxt Frankfurt"un ən yaxşı bombardiri olaraq qalır.