Aİ Rusiyanın dondurulmuş aktivlərindən Ukraynaya gəlir vermək planını müzakirə edir.

İqtisadiyyat.az xəbər verir ki, Financial Times bildirib ki, Avropa İttifaqı (BMT) Rusiyanın dondurulmuş 196 milyard 600 milyon avroluq aktivlərindən əldə olunan gəlirin Ukraynaya köçürülməsi planını müzakirə edib.

Financial Times-ın hesabatına görə, "Avropa İttifaqına üzv dövlətlərin rəsmiləri və Avropa Komissiyası çərşənbə günü Euroclear-da saxlanılan Rusiya aktivlərindən faizlərin çıxarılması variantlarını araşdırmaq üçün görüşdülər."

Bəzi rəsmilər eyni şeyin Clearstream-də dondurulmuş Rusiya aktivlərinə də aid ola biləcəyini düşünürlər.
Belçika hökumətinin məlumatına görə, Aİ ölkələrinin tətbiq etdiyi sanksiyaların Euroclear-da 196 milyard 600 milyon avronun dondurulmasına səbəb olduğu xatırladılıb.

Bu məbləğin 180 milyard avrosu Rusiya Mərkəzi Bankına məxsus aktivlərdən ibarətdir.

Bununla belə, bəzi mənbələr maliyyə bazarlarına mümkün təsirləri nəzərə alaraq, bu cür hərəkətlərin hüquqi nəticələrinin nəzərə alınmalı olduğu barədə xəbərdarlıq ediblər.

Qeyd olunub ki, Aİ rəsmiləri iyunun sonunda keçiriləcək sammitdə Rusiya aktivləri ilə bağlı daha konkret təkliflər təqdim etməyi planlaşdırırlar.