Fransanın ekoloji transformasiya naziri Kristof Beçu ölkədə yeraltı suların səviyyəsinin mövsümi normalardan aşağı olduğunu və yayın quraq keçə biləcəyini bildirib.

İqtisadiyyat.az xarici mediaya istinadən xəbər edir ki, xüsusilə Rhone vadisi və Aralıq dənizi sahilləri kimi cənub bölgələrində quraqlıq riski ilə bağlı ciddi narahatlıqları olduğunu dilə gətirən Beçu, suya qənaət edilməsini qeyd edib.

Bechu bildirib ki, ölkənin qrunt sularının 66 faizi iyun ayı üçün normadan aşağı olub, artıq 15 regionda sudan istifadəyə ciddi məhdudiyyətlər var.

Nazir quraqlıq səbəbiylə bu il də meşə yanğınları olacağı riskini önə çəkib.