Fransada Senat ictimai yerlərdə süni intellekt texnologiyası ilə sifətin tanınması vasitəsilə şəxsin şəxsiyyət məlumatlarına daxil olmağa imkan verən qanun layihəsini təsdiqləyib.

İqtisadiyyat.az dünya mediasına istinadən bildirir ki, qanun layihəsi Senatda 117 əleyhinə 226 səslə qəbul edilib.

İnsan haqları müdafiəçiləri tərəfindən fərdi azadlıqları pozduğu üçün tənqid edilən qanun layihəsi texnologiyadan istifadə edərək insanları üzlərindən tanımaq və şəxsiyyət məlumatlarını əldə etmək imkanı yaradır. 2024-cü il Paris Olimpiya Oyunlarından əvvəl tətbiq edilməsi nəzərdə tutulan texnologiya ilə şübhəlilərin şəxsiyyətləri kameralar vasitəsilə uzaqdan skan edilə biləcək.

Bildirilir ki, texnologiya qüvvəyə mindiyi təqdirdə ölkədə xüsusi olaraq gender və etnik mənsubiyyətə görə ayrı-seçkilik üçün istifadə ediləcəyi ilə bağlı narahatlıqlar var. Fransa Senatı həmçinin şübhəlilərin rəqəmsal cihazlarına uzaqdan müdaxilə etməyə imkan verən “Ədalət Qanunu”nu da müzakirə edir.

Qanun layihəsinin terror və mütəşəkkil cinayət kimi işlərdə şübhəli bilinən şəxslərin telefon, kompüter və planşet kimi rəqəmsal cihazlardan səs və video çəkilişi aparmaq və onların mövqelərini izləmək üçün mikrofon və kameraların işə salınmasını təmin edən maddə qəbul edilib. Senatda qəbul edilən qanun layihələrinin qanuna çevrilməsi üçün Milli Assambleya da təsdiqlənməlidir.