Fransada Sen-Andre şəhərinin meri Samuel Moli 500 hektar ərazini məhv edən yanğının yayılmasında vətəndaşları günahkar bilib.

İqtisadiyyat.az xəbər verir ki, o, xəbərdarlıqlara baxmayaraq yaşayış yerlərinin ətrafındakı kolları təmizləməyən ərazi sakinlərini ittiham edib.

Yerli radioya danışan Moli deyib ki, 500 hektar ərazini məhv edən yanğından bir ay əvvəl əhaliyə evlərinin ətrafındakı kolları təmizləmək barədə xəbərdarlıq edib.

Şəhər əhalisinin evlərinin ətrafındakı kolları təmizləməklə məsul olduqlarını bildirən Moli, bu vəzifələri yerinə yetirmədikləri üçün şəhər əhalisinin yanğına görə məsuliyyət daşıdığını bildirib.

"Mən bu öhdəliyi yerinə yetirmədikləri, başqalarının həyatını təhlükəyə atdıqları üçün Saint-Andre sakinlərinə qarşı cinayət işi açacağam", - Moli əlavə edib.