Fransada iyunun 27-də “saxla” xəbərdarlığına əməl etməyən avtomobilə atəş açaraq 17 yaşlı sürücü Nael M.-ni öldürən polis məmuru “qəsdən adam öldürmə” maddəsi ilə ittiham olunacaq.

İqtisadiyyat.az xəbər verir ki, Fransa mətbuatında yer alan xəbərə görə, Nanter Prokurorluğu bu həftə Nanter şəhərində 17 yaşlı Nael M. adlı sürücünü vuraraq öldürən polis məmurunun "qəsdən adam öldürmə" maddəsi ilə ittiham ediləcəyini bildirib. 

38 yaşlı polis məmuru La Sante artıq həbsxanasına köçürülüb.