Fransada pensiya islahatının ləğvini nəzərdə tutan maddə layihəsi Milli Assambleyada müzakirə olunmayacaq.

İqtisadiyyat.az xəbər verir ki, Fransanın BFMTV kanalının qonağı olan Milli Məclisin sədri Yael Braun-Pivet parlamentin sabah keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq pensiya islahatının ləğvini nəzərdə tutan qanun layihəsi ilə bağlı açıqlamalar verib.

Braun-Pivet, pensiya islahatının ləğvini əhatə edən 1-ci maddənin layihə mətninə yenidən daxil edilməsi üçün düzəliş tələblərini rədd edəcəyini açıqlayıb.

Layihənin 1-ci maddəsinin konstitusiyaya uyğun olmadığını dəyərləndirən Braun-Pivet sabah nə olursa olsun, pensiya islahatının ləğvi üçün parlamentdə səsvermənin olmayacağını vurğulayıb.

İtaətsiz Fransa Parlament Qrupunun (LFI) sədr müavini Mathilde Panot yerli mediaya mövzu ilə bağlı hökumət əleyhinə təklif təqdim edəcəklərini açıqlayıb.

Qanun layihəsi mayın 31-də Milli Məclisin Sosial məsələlər komitəsində müzakirəyə çıxarılıb. Qanun layihəsinin ən mühüm və birinci maddəsi parlament komissiyasında qəbul edilib.