Fransada Dövlət Şurası polis və digər təhlükəsizlik qüvvələrinin nümayişlərdə pilotsuz təyyarələrdən istifadəsinə icazə verib.

İqtisadiyyat.az bildirir ki, ölkə mətbuatında yer alan xəbərə görə, Danıştay polisin nümayişlərdə pilotsuz uçan aparatlardan istifadə etməsinə icazə verən fərmana etirazı dəyərləndirib.

Məhkəmə təcrübənin qanuna ciddi şübhə yaratmadığını əsas gətirərək nümayişlərdə pilotsuz təyyarələrdən istifadə edilməsində heç bir problem olmadığına qərar verib.

Qeyd edək ki, qərara əsasən, polis tərəfindən pilotsuz uçan aparatlardan istifadə zamanı qanun pozuntuları aşkar edilərsə, aparata müdaxilə ediləcək. Polis yalnız dronlarla şübhəli vəziyyətləri izləyə biləcək.