Fransada iyunun 27-də Nanter şəhərində 3 nəfəri daşıyan və “dayan” xəbərdarlığına tabe olmayan avtomobil atəşə tutulub. Hadisədən sonra 17 yaşlı sürücü dünyasını dəyişib.

İqtisadiyyat.az dünya mətbuatına istinadən xəbər verir ki, Naelin ölümündən sonra ölkənin müxtəlif şəhərlərində insanlar küçələrə axışıb.

Avtomobili, zibil qutularını və müxtəlif binaları yandıran fəallarla polis arasında qarşıdurma yaşanıb.

Fransa daxili işlər naziri Gerald Darmanin ölkədə başlayan hadisələrə müdaxilə etmək üçün 40 min mühafizəçinin təyin edildiyini açıqlayıb.

Baş verən hadisələrlə əlaqədar Fransada iyulun 3-nə kimi gecə saatlarında Klamart şəhərində komendant saatı tətbiq edilib.