Fransanın 52 əyalətində 11-26 avqust tarixlərini əhatə edən istilər səbəbindən gözləniləndən təxminən 400 "əlavə ölüm" qeydə alınıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Fransa Xalq Sağlamlığı Agentliyi məlumat yayıb. 

Agentliyin məlumatına görə, avqustun 11-dən 26-a qədər olan isti hava dalğası əhalinin 46,3 faizinin yaşadığı 52 əyalətə təsir edib.

Nəticədə ölkədə bu tarixlərdə gözləniləndən təxminən 400 "əlavə ölüm" baş verib.

Həyatını itirənlərin əksəriyyəti 75 və yuxarı yaşda olan insanlar olub.