Fransanın İl-de-Frans əyalətində, Paris ətrafındakı Nanter qəsəbəsində yol polisinin əmrinə tabe olmayan 17 yaşlı yeniyetmənin öldürülməsindən sonra başlayan iğtişaşlar zamanı 150 nəfər saxlanılıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Jerald Darmanin bildirib.

"Respublikanın simvollarına qarşı qəbuledilməz zorakılıq gecəsi: bələdiyyə binalarına, məktəblərə və komissarlıqlara hücumlar və ya onların yandırılması. 150 nəfər həbs edilib", - o, tviterdə yazıb.