Fransada Elektrik Ötürmə Şəbəkəsinin (RTE) işçilərini təmsil edən həmkarlar ittifaqı işçilərin maaş artımı tələblərinin yerinə yetirilmədiyini əsas gətirərək tətil çağırışı edib.

Fransız mətbuatında yer alan xəbərlərə görə, RTE rəhbərliyi və həmkarlar ittifaqı sektor işçilərinin maaşlarının artırılması tələbi ilə bağlı razılığa gələ bilməyib.

Ümumi İşçilər Həmkarlar İttifaqının (CGT) tərkibindəki həmkarlar ittifaqları RTE işçilərinin maaş artımı tələblərini yerinə yetirmək üçün bir günlük tətil keçirəcəklərini açıqlayıb.

Həmkarlar ittifaqları RTE-dən builki inflyasiya və mükafatları nəzərə alaraq bütün işçilərin maaşlarını təxminən 7 faiz artırmağı xahiş edirlər.

Noyabrın 22-dən bəri razılığa gələ bilməyən birlik nümayəndələri və RTE rəsmiləri sabah sonuncu dəfə görüşəcəklər.