Rusiyanın Avropaya təbii qaz nəqlini kəsməsi və nüvə reaktorlarının təxminən yarısının təmirdə olması səbəbi ilə Fransada enerji böhranı yaranıb. Soyuq qış aylarında 14 əsas sənaye sahəsinin elektrik enerjisi problemi var.

Fransa mətbuatının xəbərinə görə, ölkədəki 56 nüvə reaktorundan 24-də təmir işləri davam edir. Bu da soyuq hava şəraitində istehsal olunan elektrik enerjisinin tələbatı ödəyə bilməməsi riskini gücləndirir.

Eyni zamanda elektrik şəbəkələrinin həddindən artıq yüklənməsi vəziyyəti daha da kritikləşdirmiş olacaq.

Bu səbəblə gündə iki saata qədər işığın təminatında fasilələr verilir, elektron əşyalardan istifadə etməmək tövsiyə olunur.