Səhər saatlarında Fransanın Ansi şəhərindəki parkda törədilən bıçaqlı hücumda terror dəlillərinin tapılmadığı bildirilib.

İqtisadiyyat.az xəbər verir ki, Fransada Annecy Prokuroru Line Bonet-Mathis bölgəyə gələn Baş nazir Elisabeth Borne ilə mətbuat mənsublarına açıqlama verib.

Bonet-Mathis, hücumla bağlı başladılan istintaq çərçivəsində hələlik heç bir terror dəlili tapılmadığını, təcavüzkarın saxlanıldığını və ona qarşı adam öldürməyə cəhd ittihamı ilə iş açıldığını bildirib.

Baş nazir Borne də hücumda biri ingilis, biri alman olmaqla 4 uşağın, ümumilikdə 6 nəfərin yaralandığını, yaralı uşaqların vəziyyətinin ağır olduğunu bildirib.