Nigerdəki çevrilişdən və səfirliyə hücumdan sonra Fransa bu ölkədəki vətəndaşlarını təxliyə etmək qərarına gəlib.
İqtisadiyyat.az xarici mediaya istinadən bildirir ki, Nigerdə təhlükəsizliklə bağlı vəziyyətin pisləşməsi fonunda Fransa öz vətəndaşlarını hava yolu ilə təxliyə etməyi planlaşdırıb.
Fransa Xarici İşlər Nazirliyi bu məlumatı təsdiqləyib.
Qeyd edək ki, iyulun 30-da Nigerin paytaxtı Niameydə Fransa səfirliyi qarşısına toplaşan minlərlə nümayişçi səfirliyin binasını hədəfə alıb və onlara ziyan vurub.
Gülşən Şərif
İqtisadiyyat.az