Fransa "iPhone 12" modelinin buraxılan radiasiya səviyyəsinin yüksək olmasını əsas gətirərək satışını dayandırıb.

İqtisadiyyat.az xarici mediaya istinadən bildirir ki, bununla bağlı Fransanın Rəqəmsal İqtisadiyyat naziri Can-Noel Barrot müsahibə verib.

Nazirin sözlərinə görə, "Apple" şirkəti bu uyğunsuzluğun aradan qaldırılması üçün heç bir tədbir görməsə, istehlakçıların hazırda istifadə etdiyi modellər də geri çağırılacaq. 

"Apple" şirkəti sözügedən modeldə hansısa problemin olmadığını sübut etmək üçün səlahiyyətlilərlə əlaqə saxlayacağını açıqlayıb. 

Qeyd edək ki, elmi araşdırmalara əsasən mobil cihazda radiasiya səviyyəsinin yüksək olması xərçəng xəstəliyi riskini artırır.

Gülşən Şərif