İqtisadiyyat.az xəbər verir ki, bu barədə Hindistan Müdafiə Nazirliyi məlumat yayıb.
Hindistan Hərbi Dəniz Qüvvələri 22 tək yerlik və 4 iki yerlik qırıcı alacaq. Onların çatdırılması 2030-cu ilə qədər başa çatacaq. Heyətlər hər iki ölkədə təlim keçəcəklər.
Qeyd edək ki, 2016-cı ildə Hindistan Hərbi Hava Qüvvələri Fransa ilə müqavilə əsasında 36 "Rafale" qırıcı təyyarə alıb.
Bildirilib ki, 2015-ci ildən Fransa "Rafale" qırıcılarını Hindistan, Qətər, Misir, Yunanıstan, BƏƏ, İndoneziya və Xorvatiyaya ixrac edir.
Gözəl Azadəliyeva