Fransa Burkina-Fasodan qoşunlarını 30 gün ərzində çıxarmaq niyyətindədir.

Bu barədə Fransa Xarici İşlər Nazirliyinin nümayəndəsi məlumat yayıb.

“Biz rəsmi olaraq Burkina-Faso hökumətinin bu ölkədə mövcud olan fransız qoşunlarının statusu ilə bağlı 2018-ci il sazişini ləğv etməsi barədə bildiriş aldıq.

Onun şərtlərinə görə, denonsasiya yazılı bildirişin alınmasından bir ay sonra qüvvəyə minir. Biz müqavilənin şərtlərinə əməl edəcəyik və bu tələbi yerinə yetirəcəyik”, - XİN rəsmisi bildirib.