“Fransanın elektrik şəbəkəsi soyuq hava və yüksək tələbat səbəbindən ciddi gərginlik yaşayarsa, bu qış qaranlığa qərq ola bilər.”

Bunu Fransanın elektrik şəbəkəsi operatoru RTE-nin prezidenti Xavier Piecaczyk deyib.

O bildirib ki, buna səbəb ölkədə nüvə reaktorlarının yenidən işə salınmasıdır.

Fransa elektrik enerjisinin təxminən 70 faizi 22-si hazırda bağlı olan 56 reaktordan ibarət nüvə donanmasından istehsal olunur ki, bu da enerji istehsalının kəskin azalmasına səbəb olur.

Aİ-nin Rusiyadan təbii qaz tədarükündə kəskin azalma problemləri daha da artırıb.

Qeyd edək ki, hökumət fövqəladə hallar planı tərtib edib və yerli hakimiyyət orqanlarına elektrik enerjisinin kəsintiləri ilə bağlı göstəriş verib.