Fransa bu həftə ərzində Nigerdən qoşunlarını çıxarmağa başlayacaq.

Bu barədə İqtisadiyyat.az "AFP" agentliyinə istinadən xəbər verir.

Fransız qoşunlarının ölkədən çıxarılmasını hərbi çevriliş nəticəsində hakimiyyətə gələn Nigerin yeni hökuməti tələb edib.

“Biz bir həftə ərzində geri çəkilmə əməliyyatına başlayacağıq, hər şey nizamlı şəkildə, təhlükəsizlik şəraitində və Nigerlə koordinasiya əsasında həyata keçiriləcək”, - Fransa Silahlı Qüvvələrinin Baş Qərargahı bildirib.

Məlumata görə, Nigerdə ​​1,5 minə yaxın fransız əsgəri var.

Qeyd edək ki, iyulun 26-da bir qrup Niger hərbiçiləri qiyam qaldırıb və Prezident Məhəmməd Bazumu hakimiyyətdən kənarlaşdırıblar.

 

Gözəl Həşimova