Azərbaycandan bu ilin yanvar-noyabr aylarında Fransaya neft ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 4,2 dəfə artaraq 199 min ton təşkil edib.

Bu barədə İqtisadiyyat.az Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Hesabat dövründə ölkənin Fransaya ixrac etdiyi neftin dəyəri isə 75,1 milyon dollar artaraq 118,6 milyon dollar olub.

 

Gözəl Həşimova