“Bu ilin iyununda Azərbaycanda keçiriləcək “Formula 1” Qran Prisində tamaşaçı olmayacaq”.

Bu barədə Bakı Şəhər Halqasından (BŞH) bildirilib.

Bildirilib ki, Bakıda keçiriləcək “Formula 1” yarışması zamanı Dənizkənarı Milli Park bağlanmayacaq:

“Bu il koronavirus pandemiyası ilə bağlı əyləncə zonası olmadığına görə bulvarın bağlanmasına ehtiyac yoxdur”.

Qeyd edək ki, Azərbaycanda “Formula 1” Qran Prisinin 2021-ci il 4-6 iyunda keçirilməsi nəzərdə tutulur. oxu.az