İqtisadiyyat.az bu barədə "The Wall Street Journal"a istinadən xəbər verir.

Bildirilib ki, "Ford" bu həftə Çinə "F-150 Raptor", "Mustang", "Bronco" və "Lincoln's Navigator"un Çinə ixracını dayandırıb.

Məlumata görə, Çin yuxarıda adı çəkilən avtomobillərə olan rüsumları son vaxtlar 150%-ə qədər artırıb və "F-150" pikapının flaqman versiyasının qiyməti təxminən 100.000 dollardır. Ümumilikdə şirkət keçən il Çinə bu modellərdən təxminən 5500 avtomobil göndərib.

 

Gözəl Azadəliyeva