"Ford Motor" ABŞ və Kanadada işçilərinin sayını ixtisar edəcəyini açıqlayıb.

İqtisadiyyat.az xəbər verir ki, ixtisarların xüsusilə mühəndis bölmələrinə təsir edəcəyi bildirilib.

Açıqlamada ixtisarlardan zərər çəkənlərə işdən çıxma müavinəti, əlavə müavinətlər və yeni karyera imkanları tapmaq üçün əhəmiyyətli yardım təklif ediləcəyi bildirilib.