“Foodcity Agropark" MMC-yə cərimə yazılıb.

İqtisadiyyat.az xəbər verir ki, şirkət barəsində Dövlət Vergi Xidməti tərəfindən İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsinə əsasən cərimə protokolu tərtib edilib.

Daha sonra protokol baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.

Məcələnnin 462-ci maddəsində mühasibat uçotu üzrə qanunvericiliyin pozulmasına görə cərimələr müəyyənləşib.

Şirkət barəsində protokol tərtib olunduğu 462.1-ci maddədə deyilir ki, mühasibat uçotu subyekti tərəfindən maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və Mərkəzi Banka təqdim edilməli olan digər hesabat və məlumatların hazırlanması, təqdim olunması, dərc edilməsi, o cümlədən hesabatlarda və qanuna əsasən tələb olunan digər məlumat formalarında informasiya və göstəricilərin əks etdirilməsi, həmçinin uçot sənədlərinin saxlanılması ilə əlaqədar qanunla müəyyən edilmiş qaydaların pozulmasına, habelə “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq mühasibat uçotunun aparılmamasına görə vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.

Məhkəmə işi hakim Anar İbadzadənin sədrliyi ilə araşdırılacaq.