Flippində gəmidə çıxan yanğında ölənlərin sayı 31 olub. Onlardan üçünün uşaq olduğu açıqlanıb.

İqtisadiyyat.az bildirir ki, yanğın zamanı göyərtədə 250 sərnişin olub. 230 nəfər xilas edilib, 7 nəfərin axtarışları davam edir.

***

10:30

Flippində sərnişin gəmisində çıxan yanğın nəticəsində 12 nəfər ölüb. Ölənlərdən üçü uşaqdır.

iqtisadiyyat.az xarici mediaya istinadən xəbər verir ki, “Lady Mary Joy” adlı gəmi Baluk-Baluk adasının yaxınlığında yanmağa başlayıb. Hadisə zamanı gəmidə 200-ə qədər sərnişin olduğu bildirilib. 

57 sərnişin xilas edilib, onlardan 14-ü xəstəxanaya yerləşdirilib.

Yanğının baş vermə səbəbləri hələ açıqlanmayıb.