Cari ildə nazirliyin “Elektron icra” informasiya sisteminin tətbiqi ilə məhkəmə qərarlarından 443 mindən çox icra sənədinin icrası təmin olunub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ədliyyə naziri, Məhkəmə Hüquq Şurasının sədri Fikrət Məmmədovun mətbuatda dərc edilən məqaləsində qeyd edilib.

İcrası təmin olunan qərarlar çərçivəsində fiziki və hüquqi şəxslərə iki dəfəyədək çox - 824 milyon manatdan artıq vəsait ödətdirilib.

Bununla yanaşı, azadlıqdan məhrumetməyə alternativ cəzaların effektiv icrası ilə bağlı nazirlik tərəfindən əlavə tədbirlər görülüb, nəzarət gücləndirilib.