"Fitch Ratings" beynəlxalq reytinq agentliyi bu il üçün qlobal iqtisadi artım proqnozunu 2%-dən 2,4%-ə yüksəldib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə qurumun "Qlobal İqtisadi Görünüş Hesabatı"nda deyilir.

Hesabatda qlobal iqtisadi artımın qısamüddətli perspektivdə dayanıqlı olduğu qeyd olunub. Lakin inflyasiyanın yüksək olaraq qalacağı təqdirdə Mərkəzi Banklar qarşıdakı aylarda da sərtləşdirmə siyasətini davam etdirməli olacaqlar.

Qurum Çin istisna olmaqla, inkişaf etməkdə olan ölkələr üçün iqtisadi artım proqnozunu 2%-dən 2,9%-ə yüksəldib. Eyni zamanda, agenlik bu il üçün Çinin iqtisadi artım proqnozunu 5,2%-dən 5,6%-ə yüksəldib. Bundan əlavə, Türkiyə iqtisadiyyatının bu il 2,5%, gələn il isə 3% böyüyəcəyi proqnozlaşdırılır.