Beynəlxalq reytinq agentliyi "Fitch" Yunanıstanın suveren kredit reytinqini sabit proqnozla "BBB-" (ən aşağı investisiya dərəcəsi) səviyyəsində saxlayıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə qurum məlumat yayıb.

Agentlik ölkənin fiskal və iqtisadi inkişafda davamlı irəliləyişini qeyd edib.

"Fitch", Yunanıstanda iqtisadi artımın bu il 2,3%-ə, gələn il isə 2,4%-ə yüksələcəyini proqnozlaşdırır. Agentliyin fikrincə, bu, ölkənin inkişaf etmiş avrozona ölkələrinin gəlirləri ilə müəyyən qədər yaxınlaşmasına kömək edəcək. İqtisadi artım real əmək haqqının artması, məşğulluğun davamlı artımı və davamlı investisiya hesabına təmin ediləcək.

Qurum hesab edir ki, dövlət borcunun ümumi daxili məhsula (ÜDM) nisbəti 2025-ci ildə 147,3%-ə, 2028-ci ildə isə 140%-ə enəcək.

 

Gözəl Həşimova