"Fitch Ratings" beynəlxalq reytinq agentliyi Türkiyənin xarici valyutada uzunmüddətli kredit reytinqini "B"dən "B+"ya yüksəldib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə qurum Türkiyə iqtisadiyyatı ilə bağlı qiymətləndirməsini açıqlayıb.

"Fitch" Türkiyənin reytinq proqnozunu "stabil"dən "müsbət"ə dəyişib.

Reytinq artımına bu ilin iyun ayında edilən dəyişiklikdən sonra həyata keçirilən siyasətlərin davamlılığına və effektivliyinə inamın artması səbəb olub.

Qurum bu il Türkiyə iqtisadiyyatının 2,8%, 2025-ci ildə isə 3,1% böyüyəcəyini proqnoz edir.

 

Gözəl Həşimova