"Fitch Ratings" beynəlxalq reytinq agentliyi baza ssenarisi çərçivəsində 2024-2027-ci illər və ortamüddətli dövr üçün neft qiymətləri ilə bağlı proqnozu təsdiqləyib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə qurumun hesabatında deyilir.

Proqnozlara görə, 2024-cü ildən 2027-ci ilə qədər neft qiymətləri belə olacaq:

Neft

2024

2025

2026

2027

Brent

80 dollar

70 dollar

65 dollar

65 dollar

WTI

75 dollar

65 dollar

60 dollar

60 dollar

 

Agentlik qeyd edib ki, "OPEC+"un əhəmiyyətli ehtiyat gücü, artan tədarük və mülayim tələb artımı, geosiyasi riskin artmasına baxmayaraq, "Brent" markalı neftin qiymətini bu il 80 dollar səviyyəsində saxlayacaq.

"Fitch" analitikləri Çində istehlakın zəifləməsi və qlobal iqtisadi artımla bağlı narahatlıqlar səbəbindən neft tələbi artımının 2024 və 2025-ci illərdə 1 milyon bareldən aşağı düşəcəyini gözləyir.

 

Gözəl Həşimova