“Fitch Ratings” beynəlxalq reytinq agentliyi kömür, mis və nikelin dünya qiymətləri üzrə qısa və orta müddətli proqnozlarına yenidən baxıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə qurumun hesabatında deyilir.

Qurum bu il kokslaşan kömürün bir tonunun qiymətinin 290 dollar, gələn il isə 210 dollar olacağını proqnozlaşdırır.Fitch-in yeni proqnozu Çində polad sənayesindən gözlənilən güclü tələbi əks etdirir.

Agentlik bu il üçün nikelin bir tonunun qiymətini 22 min dollar, gələn il üçün isə 18 min dollar səviyyəsində proqnoz edir.

Bundan əlavə, bu il üçün misin qiyməti ilə bağlı proqnoz isə bir ton üçün 8,6 min dollardan 8,5 min dollara endirilib.

 

Gözəl Həşimova