Beynəlxalq reytinq agentliyi "Fitch Ratings" martın 31-də başa çatacaq maliyyə ilində Hindistanın iqtisadi artımı ilə bağlı proqnozunu 7,8%-ə yüksəldib.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə agentliyin hesabatında deyilir.
Məlumata görə, 2023-2024-cü maliyyə ilində üç rüb ardıcıl olaraq Hindistanın iqtisadi artımı 8%-i ötüb.
"Fitch", həmçinin Hindistan iqtisadiyyatının aprelin 1-də başlayacaq növbəti maliyyə ilində ən azı 7% artacağını proqnozlaşdırır.
Gözəl Həşimova