Neft və qeyri-neft iqtisadiyyatlarında bu ilin birinci yarısında yaşanan azalmanın ardından Azərbaycanda 2023-cü ildə iqtisadi artımın 1,8% olacağı proqnozlaşdırılır.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Fitch Ratings” beynəlxalq reytinq agentliyi məlumat yayıb.

 Məlumata görə, 2024-2025-ci illərdə qeyri-neft sektorunda artım hesabına ölkə iqtisadiyyatı 2,3%-dək böyüyəcək.

Eyni zamanda, idarəetmə ilə bağlı çətinliklər, maliyyə resurslarına məhdud çıxış, qeyri-neft sektoruna investisiyaların aşağı olması iqtisadiyyatın şaxələndirilməsi istiqamətində irəliləyişə mane olur.

 

Gözəl Həşimova