İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Fitch Ratings"in "Almaniyanın potensial artımı pisləşir" başlıqlı təhlilində deyilir.

Məlumata görə, ölkə iqtisadiyyatı son 5 ildə bəzi böyük şoklar səbəbindən çox zəif inkişaf edib.

Agentlik qiymətləndirməsində ABŞ-nin potensial tariflərinin və Çinlə artan rəqabətin ixracyönümlü Almaniya iqtisadiyyatı üçün yeni problemlər yaratdığına diqqət çəkib və bu səbəbdən orta müddətli potensial iqtisadi artım proqnozunun aşağı salındığını vurğulayıb.

2023-cü ilin avqust ayında edilən proqnozda Almaniyanın 2019-2027-ci illərdə 1,1 faiz artacağı proqnozlaşdırıldığı halda, yeni təhlildə iqtisadiyyatın 2024-2028-ci illərdə 0,6 faiz artacağı gözlənilir.

Əmək qabiliyyətli əhalinin sayının azalması və əmək məhsuldarlığının zəifləməsi də qurumun artım proqnozunu aşağıya doğru dəyişməsinə səbəb olub.

 

Gözəl Azadəliyeva