Finlandiyanın səfiri Antti Helanterya Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Mayın 30-da Finlandiyanın Moskvadakı səfiri A.Helanterya Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb”, - məlumatda deyilir.
Ona iyulun 1-dən Rusiyanın Lappeenrantadakı səfirliyinin ofisinin bağlanması, həmçinin, Finlandiya tərəfinə Finlandiya Baş Konsulluğunun Petrozavodsk və Murmansk filiallarının fəaliyyətinin geri çağırılması barədə məlumat verilib.