Finlandiyada Olkiluoto-3 atom elektrik stansiyasının (AES) turbin nasazlığı səbəbindən fəaliyyəti dayandırılıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə stansiya operatoru Teollisuuden Voima bildirib.

Qeyd edilib ki, AES-də problem bu gün səhər saatlarında baş verib. Nəticədə AES-də elektrik enerjisi istehsalı müvəqqəti olaraq dayandırılıb. Hazırda problemin səbəbi müəyyənləşdirilir.

Şirkətin açıqlamasında isə hadisənin nüvə təhlükəsizliyinə heç bir təsirinin olmadığı vurğulanıb.