Finlandiya Respublikasının Prezidenti Aleksandr Stubb Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

İqtisadiyyat.az xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri.

Azərbaycan Respublikasının Müstəqillik Gününün 106-cı ildönümü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırır, ölkənizə və xalqınıza firavanlıq, tərəqqi arzulayıram.

Bu xoş fürsətdən istifadə edərək, 2024-cü il noyabrın 12-13-də Bakıda keçiriləcək İqlim Fəaliyyəti üzrə Dünya Liderlərinin Sammitinə dəvətinizə görə Sizə minnətdarlığımı bildirirəm. Mən Sizin dəvətinizi məmnunluqla qəbul etmişəm və COP29-da iştirak etməyi səbirsizliklə gözləyirəm.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".