“Finex Kredit” BOKT ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

İqtisadiyyat.az xəbər verir ki, yığıncaq fevralın 17-nə təyin olunub.

Yığıncağın gündəliyinə nizamnaməyə dəyişiklik edilməsi barədə və digər məsələlərin müzakirə daxil edilib.

Qeyd edək ki, “Finex Kredit” 2013-cü ildən fəaliyyət göstərir. Qanuni təmsilçisi Məmmədova Leyli Calal qızıdır. BOKT-nin nizamnamə kapitalı 1 494 000 manat təşkil edir.

Bu günlərdə ASC-nin Müşahidə Şurasının strukturunda dəyişiklik baş verib. Azad Cəbrayılov Nəriman oğlu və Etibar İsrafilov Nizaməddin oğlu Müşahidə Şurasından ayrılıblar. Bununla da BOKT-nin Müşahidə Şurası sədrlə yanaşı əlavə iki üzvdən ibarət olaraq formalaşıb.

BOKT-nin nizamnamə kapitalında payı olan səhmdarlar bunlardır:

  • 95% – Şəlalə Tağıyeva
  • 25% – Raminə Allahverdiyeva
  • 63% – Azad Cəbrayılov
  • 83% – Mobil Şərifov
  • 08% – Tokay Şıxəlizadə
  • 75% – Rövşən Məmmədov
  • 63% – Tofiq Cəfərov
  • 25% – Azər Hacıyev
  • 03% – Gülnarə Tağıyeva
  • 63% – Sevil Hidayətova