Filippin apreldə ABŞ ilə birgə Çinlə mübahisəli ərazilər yaxınlığında ən böyük hərbi təlimini keçirməyi planlaşdırır.

İqtisadiyyat.az-ın “Bloomberg”ə istinadən məlumatına görə, müttəfiqlər Cənubi Çin dənizindəki gərginlik fonunda hərbi güclərini nümayiş etdirmək istəyirlər.

Təlimlərin Spratli adaları yaxınlığındakı mübahisəli ərazilərdə keçirilməsi nəzərdə tutulur.

Ekspertlər hesab edirlər ki, Filippin İsveçdən sonra ABŞ-nin NATO-ya dəvət etdiyi növbəti ölkə ola bilər. Bu, Şimali Atlantika Alyansı ilə Sakit okean regionu arasında hərbi əməkdaşlığın artan tempi ilə bağlıdır.

Bundan əvvəl Filippin silahlı qüvvələri öz ordusunu Çinlə mübahisəli adalarda yerləşdirməyə hazır olduqlarını açıqlayıb.