İngiltərə çempionu "Mançester Siti"nin 23 yaşlı ingilis yarımmüdafiəçisi Fil Foden karyerasında ilk dəfə bütün yarışlarda ən azı 20 qol vurub.

İqtisadiyyat.az xəbər verir ki, Premyer Liqanın 31-ci turunda Fodenin het-triki “Mançester Siti”nin “Aston Villa” üzərində 4:1 hesablı qələbə qazanmasına töhfə verib.

Foden "Mançester Siti"nin yetirməsidir, 2017-ci ildən əsas komandada çıxış edir. Onun Mançester klubu ilə müqaviləsi 2027-ci ilə qədər nəzərdə tutulub. iyun.

Transfermarkt Fodenin transfer dəyərini 130 milyon avro qiymətləndirir.